AFFA açıqladı: oyunlar təxirə salındı

21:48 - 20 Fevral 2025

AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları da təxirə salınıb.

Xəbər xətti