Azərbaycan yığması bu gün Özbəkistanla qarşılaşacaq

10:08 - 21 Fevral 2025

U-17 yığma komandamız bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.

Sportal.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Özbəkistan yığması ilə üz-üzə gələcək. 

Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin üçüncü yer uğrunda görüşə Bakı vaxtı ilə  saat 15:40-da start veriləcək.

Qeyd edək ki, yığma komandamız Rusiyaya (0:3) uduzub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Xəbər xətti