U-19 qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci matçına çıxacaq.
Sportal.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə qarşılaşacaq.
Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Qeyd edək ki, yığma komandamız ilk görüşündə Şimali İrlandiyaya 0:4 uduzub.
21 fevral
Albaniya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar)
Rrogozhine stadionu. Saat 17:30
Baş hakim: Martina Molinaro (İtaliya)
Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)
Dördüncü hakim: Roxana Recorean (Rumıniya)