Azərbaycanlı futbolçular dünyanın top-100 siyahısına düşdü

11:36 - 21 Fevral 2025

Football Observatory (CIES) dünyanın 46 liqasının, o cümlədən Azərbaycan Premyer Liqasında da ən yüksək müdafiə göstəricilərinə malik 23 yaşadək ən yaxşı 100 yarımmüdafiəçinin siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, ilk 100-lüyə iki azərbaycanlı yarımmüdafiəçi də daxil edilib: “Turan Tovuz”dan Fərid Yusifli və “Neftçi”dən Emil Səfərov.

Onlar müvafiq olaraq 85 və 89-cu pillələrdə qərarlaşıblar.

 

Xəbər xətti