Yığma komandamız Özbəkistana uduzdu

15:20 - 21 Fevral 2025

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.

Sportal.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Özbəkistan yığması ilə qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, B qrupunu 6 xalla ikinci pillədə başa vuran millimiz Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) seçmələrinə qalib gəlib.

Xəbər xətti