Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununu idarə edəcək

16:19 - 21 Fevral 2025

Futzal üzrə FİFA referilərimiz beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın 3-cü qrupu çərçivəsində martın 12-də keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.

Matç Erzincan şəhərində keçiriləcək və saat 17:00-da start götürəcək. Oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.

Xəbər xətti