Avropa çempionatı: Yığmamız Albaniyaya uduzdu

19:49 - 21 Fevral 2025

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunan qarşılaşma Albaniya seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda son oyununu fevralın 24-də Monteneqro millisinə qarşı keçirəcək.

Xəbər xətti