Futbol üzrə Türkiyə 1-ci Liqasında 25-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Manisa" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə meydana daxil olub.
Xallarını 37-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi