Futbol üzrə İran çempionatında 20-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Təbrizin "Traktor" klubu doğma meydanda "Xeybər Xorramabad"ı qəbul edib. Qarşılaşma Cənubi Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 44-ə yüksəldən "Traktor" liderliyini davam etdirir. 2-ci pillədə qərarlaşan "Sepahan"ın aktivində isə 43 xal var.
saytlarin hazirlanmasi