"Neftçi" legionerini göndərməyi planlaşdırır

15:22 - 23 Fevral 2025

"Neftçi" daha bir neçə legioneri ilə yollarını ayırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, gözlənilən performansı göstərə bilməyən Dembo Darbonun "Neftçi"də qalmayacağı gözlənilir. 

Belə ki, paytaxt təmsilçisi Bassala Sambunun da gəlişindən sonra Darbonun yola salınmasını planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçib və onun Bakı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qambiya millisinin hücumçusu karyerası ərzində "Şkupi", "Şaxtyor"(Soliqorsk), "Əl-Nəsr", "Astana", "Ordabası" klublarında oynayıb.

Xəbər xətti