Polşa mətbuatı "Radomyak"ın futbolçularına aylıq əlavə pul mükafatları ilə bağlı xəbər dərc edib.
Sportal.az "Echo Dnia"ya istinadən xəbər verir ki, Radom şəhər rəhbərliyi ən yüksək bonusu komandanın azərbaycanlı müdafiəçisi Rahil Məmmədova ödəyir.
Belə ki, polyak həmkarlarımızın yazdığına inansaq, hər ay Rahilin hesabına 22 000 zlot (təxminən 9500 manat) köçürülür.
"Radomyak"da isə bu qədər yüksək bonus alan digər şəxs baş məşqçi Joao Enrikeşdir.
Əlavə edək ki, bu pullar klubun yox, birbaşa futbolçuların hesablarına köçürülür.
Xatırladaq ki, 29 yaşlı müdafiəçinin “Radomyak”la müqavilə müddəti 2024-cü il iyulun 17-nə qədərdir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi