"Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.
Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” İdman Klubu yollarını ayırdığı futbolçulara təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
saytlarin hazirlanmasi