Almaniyanın "Dinamo"(Berlin) klubu azərbaycanlı hücumçu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, Berlin təmsilçisi 33 yaşlı hücumçu ilə daha 2 illik yeni müqavilə imzalayıb.
Dadaşov klubun yeni şərtlərlə müqavilə təklifinə müsbət cavab verib.
Bu mövsüm millimizin sabiq futbolçusu berlinlilərin heyətində 58 oyunda 28 qol vurub.