"Neftçi"dən yeni transfer - İqor Ribeyro ilə anlaşma əldə olundu

12:10 - 29 May 2025

Növbəti mövsümə hazırlaşan "Neftçi" ilk transferini reallaşdırıb.

Sportal.az "Pressing.az" istinadən xəbər vverir ki, paytaxt təmsilçisi "Araz-Naxçıvan"ın mərkəz müdafiəçisi İqor Ribeyro ilə anlaşıb.

Lakin 28 yaşlı braziliyalı stoper hələ ki "Araz-Naxçıvan"a lazımdır.

Belə ki, "sambaçı" UEFA Konfrans Liqasında mübarizə aparacaq Naxçıvan təmsilçisinə kömək edəcək.

Ribeyro bundan sonra "ağ-qaralar"ın sıralarına qoşulacaq.

Xəbər xətti