"Barselona" televiziya yayım hüquqlarından 109 milyon avrodan çox qazanacaq.
Sportal.az xəbər verir ki, As nəşrinin məlumatına görə, 2024/25 mövsümündə La Liqa televiziya yayım hüquqlarının satışından əldə etdiyi 1,351 milyard avro gəliri aşağıdakı kimi bölüşdürəcək:
Gəlirin bölgüsü:
50% – Bərabər bölgü (təxminən 675,5 milyon avro):
Hər bir La Liqa klubu (cəmi 20 klub) 33,77 milyon avro alacaq.
25% – Turnir cədvəlindəki yerə əsasən (337,75 milyon avro):
1-ci yer – "Barselona": 17% → 57,42 milyon avro
2-ci yer – "Real": 15% → 50,66 milyon avro
3-cü yer – "Atletiko": 13% → 43,91 milyon avro
25% – Azarkeş sayı, biletlər, yayım reytinqləri kimi kommersiya göstəricilərinə görə bölüşdürüləcək.
Avrokuboklara vəsiqəyə görə əlavə ödənişlər:
Çempionlar Liqası (ÇL) – "Barselona", "Real", "Atletiko", "Atletik", "Vilyarreal":
– Hər biri 18,62 milyon avro alacaq.
Avropa Liqası (AL) – "Betis", "Selta":
– Hər biri 4,31 milyon avro
Konfrans Liqası (KL) – "Rayo Valekano":
– 3,17 milyon avro
Bu məbləğlər avrokuboklardakı qələbələrə və mərhələlərə keçdikcə daha da artacaq.
Yekun məbləğ:
"Barselona" (çempion, ÇL):
– 33,77 + 57,42 + 18,62 = 109,81 milyon avro
"Real"(2-ci yer, ÇL):
– 33,77 + 50,66 + 18,62 = 103,05 milyon avro