"Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, klub onun müqavilə müddətini artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baxşıyev 2025/2026 mövsümündə də "Araz-Naxçıvan"ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 3-cü pilləni tutaraq, ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.