Bu mövsümü “Turan Tovuz”da keçirmiş İsmayıl Zülfüqarlının yeni mövsümə harada başlayacağı hələ ki dəqiq deyil.
Sportal.az xəbər verir ki, Tovuz klubunda icarə əsasında oynamış müdafiəçi yeni mövsümün toplanışı zaman “Neftçi”yə qoşulacaq.
“Ağ-qaralar”la hələ bir illik müqaviləsi qüvvədə olan Zülfüqarlının 2025/2026 mövsümünə hansı komandada başlayacağı rəhbərliklə danışıqdan sonra bəlli olacaq.
“Turan Tovuz” da öz növbəsində Zülfüqarlını yenə icarəyə götürmək niyyətindədir.