"Qarabağ"ın futbolçusu bombardir oldu: 10-cu dəfə

12:34 - 26 May 2025

Azərbaycan çempionatları tarixində 10-cu dəfə "Qarabağ"ın futbolçusu bombardir olub.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.

Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu futbolçuları bombardirlik sayında rekordçudur.

1992 Nazim Əliyev “Xəzər” 39
1993 Samir Ələkbərov “Neftçi” 16
1993/1994 Musa Qurbanov “Turan” 35
1994/1995 Nazim Əliyev “Neftçi” 26
1995/1996 Rövşən Əhmədov “Kəpəz” 23, Fazil Pərvərov “Kəpəz” 23
1996/1997 Qurban Qurbanov “Neftçi” 34
1997/1998 Nazim Əliyev “Dinamo” 23
1998/1999 Alay Bəhramov “Viləş” 24
1999/2000 Badri Kvaratsxeliya “Şəmkir” 16
2000/2001 Paşa Əliyev “Dinamo-Bakılı” 13
2003/2004 Samir Musayev “Qarabağ-Azərsun” 20
2004/2005 Zaur Ramazanov “Karvan” 21
2005/2006 Yakuba Bamba “Karvan” 16
2006/07 Zaur Ramazanov “Xəzər-Lənkəran” 20
2007/2008 Xaqani Məmmədov ”İnter” 19
2008/2009 Valter Quqlemon “İnter” 17
2009/2010 Fərid Quliyev “Standard” 16
2010/2011 Georgi Adamiya “Qarabağ” 18
2011/2012 Bahodir Nasimov “Neftçi” 16
2012/2013 Nikolas Kanales “Neftçi” 26
2013/2014 Reynaldo Silva “Qarabağ” 22
2014/2015 Nurlan Novruzov “Bakı” 15
2015/2016 Dani Kintana “Qarabağ” 15
2016/2017 Filip Ozobiç "Qəbələ" 11, Rauf Əliyev "İnter" 11
2017/18 Baqali Dabo "Qəbələ" 13
2018/2019 Mahir Emreli “Qarabağ” 16
2019/2020 Baqali Dabo "Neftçi" 7, Mahir Mədətov “Qarabağ” 7, Stiven Monroz "Neftçi" 7, Peyman Babayi "Sumqayıt" 7
2020/2021 Namik Ələskərov "Neftçi" 19
2021/2022 Kadi Borqes “Qarabağ” 12
2022/2023 Ramil Şeydayev “Qarabağ” 22
2023/2024 Olavio Juninyo “Qarabağ” 20
2024/2025 Leandro Andrade “Qarabağ” 15

Xəbər xətti