Bu gün Misli Premyer Liqasında 2024/2025 mövsümünün son matçları keçirilib.
Sportal.az xəbər verir ki, "Zirə" səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək mövsümü 74 xalla 2-ci pillədə yekunlaşdırıb.
"Araz-Naxçıvan" isə 58 xalla 3-cü pillədə yer alıb.
19:30. “Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Junior Martins, 58
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı