"Leqanes" yenidən ikinci diviziona qayıdır.
Sportal.az xəbər verir ki, Borxa Ximenezin komandası La Liqanın son turunda “Valyadolid” üzərində 3:0 hesablı qələbə qazansa da, bu, komandanın yüksək liqada qalması üçün kifayət etmədi. Paralel oyunda “Espanyol” “Las-Palmas”ı 2:0 məğlub edərək “Leqanes”in ümidi kəsdi.
“Leqanes” ötən il, Segundada dörd mövsüm keçirdikdən sonra La Liqaya yüksəlmişdi. Komanda mövsümü 40 xalla 18-ci pillədə tamamladı və yenidən Segundaya düşdü.
Qeyd edək ki, daha öncə "Las Palmas" və "Valyadolid"in La Liqanı tərk edəcəyi dəqiqləşmişdi.
saytlarin hazirlanmasi