"Sabah" çempion oldu

18:29 - 22 May 2025

Gənclər Liqasında 36-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç Masazır təmsilçisinin  böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.

Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran "Sabah", mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv ötən mövsümdə də çempionluğa nail olmuşdu.

Xəbər xətti