"Barselona" "Liverpul"un ulduz futbolçusu Luis Diası yay transfer bazarında bir nömrəli hədəf elan edib.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, 28 yaşlı kolumbiyalı vinger artıq uzun müddətdir ki, klubun idman direktoru Dekunun arzusu olub. Baş məşqçi Hansi Flik də onun transferinə yaşıl işıq yandırıb. Klub rəhbərliyi hesab edir ki, Dias komandaya ciddi keyfiyyət artımı verə bilər və həmçinin sol cinahda oynamaqla yanaşı, lazım gəldikdə mərkəz hücumçusu kimi də çıxış edə bilir.
Mənbəyə görə, transferin dəyəri təxminən 85 milyon avro təşkil edəcək. Klub bu məbləği ödəməyə hazırdır və maliyyə baxımından ciddi maneə görmür.
Luis Dias bu mövsüm "Liverpul"la Premyer Liqada 35 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi