Rodri 8 ay sonra ilk dəfə "Mançester Siti"nin oyun heyətinə daxil edilib.
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 37-ci turunda "Bornmut"a qarşı keçirilən matçın (ilk hissə 1:0) iştirak ərizəsinə salınıb və oyuna ehtiyat oyunçular skamyasından başlayıb.
Rodri sonuncu dəfə 22 sentyabr 2024-cü ildə "Arsenal"a qarşı keçirilən və 2:2 hesabı ilə başa çatan matçda meydana çıxmışdı. Həmin oyunda o, dizindəki çarpaz bağları qoparaq uzunmüddətli zədəyə məruz qalmışdı.
saytlarin hazirlanmasi