Azərbaycan yığmasını türk mütəxəssis çalışdıracaq

18:48 - 20 May 2025

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu posta "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker gətirilib.Türkiyəli mütəxəssis klubla yanaşı, yığmada da çalışacaq.

Onun millidə ilk sınağı iyulun 5-13-ü aralığında Avropa çempionatının C divizionu olacaq.

Komandamız Albaniyada keçiriləcək qitə birinciliyinin seçmə mərhələsinin B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariq basketbolçuları ilə qarşılaşacaq.

Xəbər xətti