Ərəblər "Qalatasaray"ın futbolçusuna sərvət təklif etdilər

14:36 - 22 May 2025

"Qalatasaray"ın futbolçuusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, türk vinger Asiya ölkəsindən cəlbedici təklif alıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Barışa  illik 20 milyon avro maaş təklif edib. Ərəblər 24 yaşlı  futbolçu üçün İstanbul klubuna 30+5 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib.  Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti