Bakıda dünya çempionatına start verildi - Türkiyə Macarıstanla bərabərə qaldı

14:00 - 21 May 2025

Mayın 21-dən iyunun 2-dək Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, ilk oyun gününə 8 matç planlaşdırılıb.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyn futbolçuları ilə qarşılaşacaq.

Bu qarşılaşmadan əvvəl mundialın rəsmi açılış mərasimi keçiriləcək, türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova səhnə alacaqlar.

Dünya çempionatı
Qrup mərhələsi
I tur

A qrupu

20:30 Azərbaycan - Bəhreyn
23:00 Mavritaniya - Sloveniya

B qrupu

Fransa - Çad 1:0
21:45 Rumıniya - Özbəkistan

C qrupu

Macarıstan - Türkiyə 1:1
Ukrayna - İngiltərə 0:4

D qrupu

Bolqarıstan Portuqaliya 1:3
14:15 Slovakiya - Hindistan

Xəbər xətti