İspaniya millisinin sabiq üzvü üçün 1,2 milyon avro ödənildi

11:34 - 21 May 2025

"Xetafe" "Betis"in forvardını transfer edib.

Sportal.az xəbər verir ki, “Xetafe” Xuanminin transfer hüquqularına yiyələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvard üçün 1,2 milyon avro ödənilib.

O, 2025-ci il yanvarın 31-də “Xetafe”yə icarəyə verilmişdi. Xuanmi “Xetafe”də 13 oyun keçirib və qol vura bilməyib.

Təcrübəli hücumçu İspaniya millisinin üzvü olub və daha əvvəl "Real Sosyedad", "Kadis", "Sauthempton", "Malaqa", "Racinq" və "Ər-Riyad" klublarında oynayıb.

Xəbər xətti