Klub prezidenti ilə baş məşqçi arasında gərginlik

15:35 - 21 May 2025

"Nottingem Forest" mövsümün sonunda baş məşqçi Nunu Eşpiritu Santu ilə yollarını ayıra bilər.

Sportal.az xəbər verir ki, klub prezidenti Evangelos Marinakislə portuqaliyalı mütəxəssisin arasında problemlər var. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Yunan rəhbər "Lester Siti" ilə 2:2 hesablı bərabərliklə bitən matçdan sonra meydana daxil olaraq baş məşqçiyə iradlarını sərt şəkildə bildirmişdi. Bundan sonra onların arasında münasibətlə korlanıb.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında "Nottingem Forest"in baş məşqçisi təyin olunub. Komanda Premyer Liqada mövsümün bitməsinə 1 tur qalmış 65 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Onlar Çempionlar Liqasına vəsiqə verən 5-ci yerdən 1 xal geri qalır.

Xəbər xətti