Virts "Liverpul"dan 10 gün vaxt istədi

15:55 - 22 May 2025

"Liverpul"  "Bayer"in futbolçusu Florian Virtsi transfer etməkdə israrlıdır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi alman yarımmüdafiəçi üçün onun klubuna astranomik təkloif göndərib. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Virts "Liverpul"dan düşünmək və qərar vermək üçün 10 gün vaxt istəyib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi təklifi qəbul etsə, keçidin baş tutmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində  meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti