İtaliya klubundan "Beşiktaş"ın futbolçusu ilə bağlı qərar

17:30 - 22 May 2025

"Cenoa" "Beşiktaş"dan icarəyə götürdüyü Jan Onana ilə bağlı qərar  verib.

Sportal.az xəbər verir ki,  A Seriyası təmsilçisi kamerunlu yarımmüdafiəçini komandada saxlayacaq.  Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İtaliya klubu 25 yaşlı oyunçu üçün "Beşiktaş"a 1,2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Jan Onana bu ilin yanvar ayında "Cenoa"ya icarəyə verilib. O, kkomandanın heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti