Luka Modriç "Real"dan ayrılır - RƏSMİ

18:06 - 22 May 2025

Mövsümün sonunda  "Real"la müqaviləsi başa çatan Luka Modriç qərarını verib.

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Kral  klubu"nu tərk edəcək. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında paylaşım edib.

39 yaşlı futbolçu 30 iyun tarixində başa çatan sözləşməsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ilin yayından "Real"da  çıxış edir.  Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 4 qol vəə 9 məhsuldar öötürmə  ilə  yadda qallıb.

Xəbər xətti