"Fənərbaxça" onunla yollarını ayıracaq

14:48 - 23 May 2025

"Fənərbaxça" yayda legionerlərindən biri ilə yollarını ayıracaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Allan Sen-Maksimeni “Əl-Əhli”yə geri göndərəcək.

Türkiyə klubu 28 yaşlı futbolçudan effekt ala bilmədiyi üçün onun icarə müqaviləsini artırmaq niyyətində deyil. Fransızın “Fənərbaxça” ilə icarə müqaviləsi gələn ayın sonunda başa çatacaq. O, 2026-cı il iyunun 30-na qədər isə “Əl-Əhli”yə məxsusdur.

Sen-Maksimen “Sent-Etyen”, “Monako”, “Hannover”, “Bastiya”, “Nitsa”, “Nyukasl” klublarında çıxış edib.
 

Xəbər xətti