"Beşiktaş" futbolçusu üçün 30 milyon avro tələb edir

23:50 - 22 May 2025

"Beşiktaş" Gedson Fernandes üçün "Zenit"dən 30 milyon avro tələb edəcək.

Sportal.az xəbər verir ki, Peterburq klubu ötən yay portuqaliyalı yarımmüdafiəçini transfer etməyə cəhd etsə də, "Beşiktaş"la razılığa gələ bilməmişdi. Buna baxmayaraq, "Zenit" 26 yaşlı futbolçuya marağını saxlayır və yayı transfer dövründə onu almağa yenidən cəhd edə bilər.

"Beşiktaş" Gedsonu 30 milyon avrodan aşağı qiymətə satmayacaq. Gedson Fernandes bu mövsüm Türkiyə çempionatında 32 oyunda 6 qol vurub.

Xəbər xətti