Daha 5 il "Atletiko"da

23:27 - 22 May 2025

Pablo Barrios "Atletiko" ilə müqaviləsini uzadıb.

Sportal.az xəbər verir ki, Madrid klubu 21 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər yeni müqavilə imzalandığını açıqlayıb.

Barrios "Atletiko"nun əsas komandasında 2022-ci ilin oktyabrında debüt edib və o vaxtdan bəri klubun heyətində 101 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər xətti