Murad Musayevli "Krasnodar" Rusiya çempionu oldu - tarixində ilk dəfə

22:45 - 24 May 2025

Murad Musayevin baş məşqçisi olduğu "Krasnodar" klubu Rusiya Premyer Liqasının (RPL) 30-cu turunda "Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ölkə çempionluğunu qazanıb.

Sportal.az xəbər verir ki, 2008-ci ildə iş adamı Sergey Qalitski tərəfindən təsis edilmiş "Krasnodar" bu nailiyyəti ilə ilk dəfə Rusiya çempionu olub. Ötən mövsüm klub ikinci yeri tutmuşdu, ondan əvvəl isə üç dəfə (2015, 2019 və 2020-ci illərdə) bürünc medal qazanmışdı.

Qeyd edək ki, Murad Musayev 2021-ci ildən 2024-cü ilə qədər “Sabah”da çalışıb.

Xəbər xətti