"Lex" Polşa çempionu olub.
Sportal.az xəbər verir ki, Nils Frederiksenin rəhbərlik etdiyi komanda son turda "Piast" üzərində 1:0 hesablı qələbə qazanıb və turnir cədvəlinin zirvəsində mövsümü tamamlayıb. "Lex" yaxın izləyicisi "Rakuv"u cəmi 1 xal qabaqlayıb.
Poznan klubu son dörd mövsümdə ikinci, ümumilikdə isə doqquzuncu dəfə Polşa çempionu oldu. Daha çox titul yalnız "Legiya" (15), "Qurnik" (14), "Visla" (14) və "Rux" (13) klublarına məxsusdur.
saytlarin hazirlanmasi