Qurban Qurbanov onun adını "Şamaxı"yla oyunun iştirak ərizəsinə salmadı - Leandro Andrade ölkə kubokunun finalında oynayacaqmı?

18:30 - 24 May 2025

"Qarabağ" Premyer Liqanın son turunda "Şamaxı"ya qarşı səfər matçında əsas heyət oyunçularını meydana buraxsa da, Leandro Andradenin adı iştirak ərizəsinə salınmayıb. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanov bunu futbolçunu qorumaq məqsədi ilə edib. Dizində kiçik ağrılar olan Andradenin kubokun final oyunu öncəsi süni örtüklü meydançada oynaması riskli hesab olunub. Yəni, Leandronun kubokun final matçında oynamasına heç bir əngəl yoxdur. 

Qeyd edək ki, Leandro Andrade komanda ilə birlikdə Şamaxıya yollanıb. O, oyunu tribunadan izləyib. 

Xəbər xətti