"Turan Tovuz"un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki,Onun yubileyi Misli Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.
Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.
saytlarin hazirlanmasi