"Qalatasaray" xorvatiyalı qapıçı ilə danışıqlara başladı

19:38 - 27 May 2025

"Qalatasaray" mövsümün sonunda komandadan ayrılacaq Fernando Musleraya əvəzləyici axtarışlarını cavab etdirir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi PAOK-da çıxış edən Dominik Kotarskini transfer etmək istəyir.  Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" xorvatiyalı qolkiperin həm meneceri, həm də klubu ilə  danışıqlara başlayıb. "Qalatasaray" 25 yaşlı "əlcək sahibi"nin keçidini yay toplanışı başlamadan həll etməyə çalışır.

Qeyd edək ki,  PAOK Dominik Kotarskini 2022-ci ilin yayında ölkəsinin "Qoritsa" klubundan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə  Yunanıstan təmsilçisinin heyətində 46 rəsmi matçda iştirak edib.

Xəbər xətti