"Sabah"ın qapıçısı: "Kuboku qazanacağımıza əmin idim" - MÜSAHİBƏ

11:48 - 1 İyun 2025

"Sabah"ın qapıçısı Stas Pokatilov ölkə kubokunun final görüşündən sonra Sportal.az saytına müsahibə verib. 

- Azərbaycan kubokunun finalında “Qarabağ” üzərində qələbə (3:2) qazandınız. Həmin qələbə haqda nə düşünürsən?

- Sözüm yoxdur, hisslər isə gözəldir. Futbolçular sona qədər mübarizə apardılar. Azarkeşlər üçün əla matç oldu və hər kəs bəyəndi.

- Hesabı 90+7-ci dəqiqədə bərabərləşdirdiniz. Sona qədər ümidiniz var idi?

- Qələbəmizə sona qədər inanırdım.

- “Qarabağ” favorit olsa belə, buna inanırdın?

- Kuboku qazanacağımıza əmin idim. Digərlərini bilmirəm, amma mən əmin idim. Hətta oyundan əvvəl qardaşıma demişdim ki, bu gün kuboku qazanacağıq.

- Qələbə qolu 120-ci dəqiqədə vuruldu. Penaltilər seriyasına psixoloji hazır idiniz?

- Hazırlaşırdım. Bütün qapıçılar komandamız buna hazırlaşırdı. Bunu oyundan əvvəl məşq etmişdik.

- “Sabah” karyerasının ilk kubokunu qazanmaqla yanaşı, Avropa Liqasında iştirak etmək hüququ da qazandınız. Bu haqda nə deyərdin?

- Bu, “Sabah” üçün Avropadakı ilk mövsümü olmayacaq. Bütün klublar üçün avrokuboklarda oynamaq motivasiyadır. Avropa Liqası ilə başlayacağımız üçün şadıq.

- Müqaviləniz mövsümün sonunda başa çatdı. “Sabah”da qalacaqsan?

- Mən hələ bilmirəm. “Sabah”da və Bakını bəyənirəm. Amma qalıb-qalmamağımı müəyyən edən amillər var.

- Yəni, danışıqlar tezliklə olacaq?

- Bəli, klub rəhbərliyi ilə razılaşdıq ki, finaldan sonra bunu müzakirə edək.

Mirbağırağa

Xəbər xətti