Azərbaycan millisi Gürcüstanı məğlub etdi

19:49 - 2 İyun 2025

Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.

Sportal.az xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib. 

Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib. 

Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Xəbər xətti