Fabreqas "İnter"ə keçməyə yaxındır

01:01 - 4 İyun 2025

Fransesk Fabreqas “İnter”ə keçid imkanını cazibədar hesab edir.

Sportal.az xəbər verir ki, insayder Gianluca Di Martsionun məlumatına görə, Simone İnzaqi ilə yollarını ayıran “neradzurrilər” ispaniyalı mütəxəssislə birbaşa əlaqə saxlayıb və Fabreqas onların təklifini çox cazibədar hesab edir. Lakin o, hələlik müqavilə bağlamağa razılıq verməyib.

Qeyd edək ki, Fabreqas vaxtilə “Bayer” və “Roma” da ona maraq göstərdikdə “Komo” klubunda qalacağına söz vermişdi.

Xəbər xətti