Almaniyanın "Bayer" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Spportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Brentford"dan Mark Flekkeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bayer" niderlandlı qolkiper üçün İngiltərə klubuna 10 milyon avro təzminat ödəyib. 31 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Mark Flekken başa çatan mövsümdə "Brentford"un heyətində 39 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi