Polşanın "Yagelloniya" klubunun prezidenti Zbiqnev Deptula Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimindən danışarkən, rəqib kimi Azərbaycandan klublarından birini arzuladığını etiraf edib.
Sportal.az xəbər verir ki, “Gazeta Współczesna” nəşrinə danışan klub rəhbəri bu cür danışıb:
"Şəxsən mən püşkatmada bizə heç vaxt olmadığım ölkələrdən bir komandanın düşməsinə etiraz etməzdim. Məsələn, Farer adaları və ya Azərbaycan klubu. Amma ciddi olsaq, püşkatmanı təmkinlə gözləyirəm, çünki hər bir rəqibə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Digər tərəfdən, transfer pəncərəsinin uzun və gərgin olacağını nəzərə alsaq, daha zəif rəqiblə başlamaq yaxşı olardı ki, komanda yavaş-yavaş toparlansın".
Xatırladaq ki, “Yagelloniya” “Zirə” və “Araz-Naxçıvan” üçün potensial rəqibdir. Hər iki klubumuz sıradan çıxmamış səbətdədir.
saytlarin hazirlanmasi