"Napoli" və Osimhen "Əl-Hilal"ın təklifini rədd etdi

22:26 - 5 İyun 2025

"Napoli" və Viktor Osimhen "Əl-Hilal"ın təkliflərini rədd ediblər. Daha əvvəl Səudiyyə Ərəbistanı klubunun 26 yaşlı nigeriyalı hücumçu üçün 65+5 milyon avro təklif etdiyi bildirilmişdi.

Sportal.az xəbər verir ki, italiyalı jurnalist Canluka Di Marzionun məlumatına görə, “Napoli” “Əl-Hilal”ın təklifini rədd edib və öz oyunçusu üçün 75 milyon avro tələb edir. Səudiyyəlilərin yaxın zamanda 70 milyon avro təklif etməsi gözlənilir.

Bundan əlavə, Osimhen Yaxın Şərq klubunun 26 milyon avro illik maaş və bonuslar təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb.

Qeyd edək ki, Viktor ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib və 30 oyunda 26 qolla Türkiyə çempionatının bombardiri olub.

Xəbər xətti