"Atletiko" Conni Kardosonun transferi üzərində işləyir.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu 23 yaşlı yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və “Betis” ilə danışıqlarda irəliləyiş əldə edib.
Klublar bonuslarla birlikdə 30 milyon avro məbləğində təklif üzərində müzakirələr aparırlar. Əlavə olaraq, “Atletiko”nun oyunçularından biri də sövdələşməyə daxil edilə bilər.
Qeyd edək ki, ötən La Liqa mövsümündə Kardoso 28 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi