“Turan Tovuz”un hücumçusu Aleks Souza yeni mövsümə fərqli komandada başlamayacaq.
Sportal.az saytına verilən məlumata görə, braziliyalı hücumçu Tovuz təmsilçisinin üzvü olacaq. Onun adı bir çox klublar hallanırdı.
Lakin 24 yaşlı futbolçu “Turan Tovuz”u tərk etmək istəməyib və 2025/2026 mövsümə bu komandada başlayacaq.
Souzanın müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü il yanvarın 12-dən Qərb təmsilçisinin formasını geyinir. Aleks “Santos”un yetirməsidir, “Hegelmann”(Litva), “Boluspor”(Türkiyə) komandalarında çıxış edib.