Belarus klubları avrokubok matçlarını Azərbaycanda keçirəcək? – federasiya rəsmisi açıqladı

14:49 - 5 İyun 2025

Belarus Futbol Federasiyasının (BFF) sədr müavini Andrey Vasilyeviç yeni mövsümdə avrokuboklarda yerli klubların ev oyunlarının Azərbaycanda keçirilməsi imkanlarından danışıb.

Sportal.az xəbər verir ki, Belarus mətbuatına açıqlama verən federasiya rəsmisi bunları deyib:

"Bu dəqiqə klublarımızın avrokuboklarda ev oyunlarını harada keçirəcəyini dəqiq deyə bilmərəm. BFF yerli federasiyalar, UEFA və stadionlarla qarşılıqlı əlaqə yaratmaq üçün əlindən gələni edir. Arena seçimi klublardan asılıdır. Azərbaycan və Macarıstan olacaq seçimi var. Amma başqa variantlar da ortaya çıxa bilər".

Xatırladaq ki, ötən mövsüm “Dinamo”(Minsk) Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirib. Belarus klubu “Harts” (Şotlandiya), “Kopenhagen” (Danimarka) və “Larne”ni (Şimali İrlandiya) Sumqayıtda qəbul edib.
 

Xəbər xətti