Voytsex Şesnı və "Barselona" müqavilə şərtlərində razılığa gəliblər.
Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, Kataloniya klubu və 35 yaşlı polyak qapıçı 2027-ci ilin yayına qədər yeni müqavilə bağlamaq barədə razılıq əldə ediblər. Artıq yalnız formal prosedurlar qalıb.
Xatırladaq ki, Mark-Andre ter Ştegenin ağır zədəsindən sonra Şesnı karyerasını bərpa edərək “Barselona” ilə müqavilə bağlamışdı.
Qolkiper La Liqada 15 oyun keçirib (8 oyunda qapısını toxunulmaz saxlayıb) və orta hesabla hər oyunda 0,8 qol buraxıb.
saytlarin hazirlanmasi