Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci liqa təmsilçisi “Boluspor”dan ayrılıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında “hər şey üçün təşəkkürlər, “Boluspor” sözlərini yazaraq ayrılığa işarə edib.
Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ildən “Boluspor”da çıxış edirdi. Bu mövsüm İsgəndərli komanda ilə çıxdığı 27 matçda 2 qol və 4 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi